Dövlət büdcəsinin profisiti 2,5 mlrd. manatdan çox olub

Tarix: 14.06.2024 10:15

2024-cü ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 5,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,6% çoxdur.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət büdcəsinin xərcləri isə 21% artaraq 13 milyard 472,9 milyon manat təşkil edib.

Başqa sözlə, bu ilin ilk beç ayında büdcədə 2 milyard 533 milyon manat profisit yaranıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 10% azdır.

Xəbər Lenti