Rəsmi Moskva Nyu-Yorkda Rusiya-ABŞ-Ukrayna danışıqları barədə məlumatları təkzib edib

Rəsmi Moskva Nyu-Yorkda Rusiya-ABŞ-Ukrayna danışıqları barədə məlumatları təkzib edib

Tarix: 24 Sep 2026 17:20

Rusiya, ABŞ və Ukrayna arasında Nyu-Yorkda planlaşdırılan üçtərəfli danışıqlar barədə yayılan məlumatlar yalandır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Nyu-Yorkda heç bir üçtərəfli görüş planlaşdırılmır və keçirilməyəcək.

Qeyd edək ki, Reuters dünən Dmitriyevin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparmaq üçün ABŞ-a səfər etdiyini açıqlayıb.

Ukrayna mediası isə Nyu-Yorkda üç nümayəndə heyəti arasında enerji atəşkəsini müzakirə etmək üçün görüş keçiriləcəyi barədə məlumat yayıb. Lakin Ukrayna prezidentinin ofisi bu məlumatı təsdiqləməyib.

Mənbə: apa.az

Xəbər Lenti