Cümə axşamı, 24 Sentyabr, 2026
Tarix: 24 Sep 2026 18:05
Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov vəzifəsindən azad edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Fərmana əsasən, Meşkov Rusiyanın Fransadakı və eyni zamanda Monakodakı səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, diplomat bu vəzifəni 2017-ci ildən bəri tutub. Meşkov bu vəzifəyə qədər isə Rusiya xarici işlər nazirinin müavini olub.
Fərid ƏkbərovMənbə: apa.az