"Vahid Rusiya" Dumanın sədri vəzifəsinə Volodinin namizədliyini irəli sürüb

"Vahid Rusiya" Dumanın sədri vəzifəsinə Volodinin namizədliyini irəli sürüb

Tarix: 24 Sep 2026 17:13

"Vahid Rusiya" IX çağırış Dövlət Dumasının sədri vəzifəsinə Vyaçeslav Volodinin namizədliyini irəli sürüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev bildirib.

O, prezident Vladimir Putinin Volodinin namizədliyini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, Volodin bu vəzifəni 2016-cı ildən bəri tutur.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti