Rutte: NATO ölkələri Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazırdır

Rutte: NATO ölkələri Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazırdır

Tarix: 24 Sep 2026 18:34

NATO-nun Baş katibi Mark Rutte Ukraynaya sülh razılaşmasından sonra təhlükəsizlik zəmanətlərinin verilməsinə alyans ölkələrinin hazır olduğunu bildirib.

APA xəbər verir ki, Rutte bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə Nyu-Yorkda keçirilən görüşdən sonra deyib.

Onun sözlərinə görə, mümkün sülh razılaşmasının əldə olunacağı təqdirdə, təhlükəsizlik zəmanətlərində iştirak edən bütün tərəflər “kimin nəyə görə məsuliyyət daşıdığını” aydın şəkildə biləcəklər.

İlqar Xudiyev NATO Rutte Ukraynaya zəmanət

Mənbə: apa.az

Xəbər Lenti