Cümə, 30 Yanvar, 2026
Tarix: 16 Nov 2023 05:22
Hindistanda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kəşmir bölgəsində qeydə alınıb.
Belə ki, sərnişin avtobusu dağ yolunda 200 metr hündürlükdən xəndəyə yuvarlanıb. Nəticədə 36 nəfər ölüb, 19 nəfər yaralanıb. 10 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın dəqiq səbəbi məlum deyil.
