Cümə, 7 Avqust, 2026
Tarix: 16 Nov 2023 05:55
Rusiyada 14 uşağın olduğu məktəb avtobusu xəndəy aşıb.
APA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Primorsk diyarında baş verən hadisədə 8 nəfər xəsarət alıb.
Regional Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan altısı xəstəxanaya yerləşdirilib. Qalan iki nəfər isə ambulator müalicəyə göndərilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın dəqiq səbəblərini araşdırır.
Mənbə: apa.az