“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib - FOTO

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib - FOTO

Tarix: 29 Sep 2026 17:48

XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Baku Book Center"də “Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib.

APA xəbər verir ki, tədbirdə Cahangir Cahangirov adına Xor Kollektivi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi iştirak edib.

Ədəbi-musiqili gecədə Azərbaycan musiqisi və poeziyasının vəhdətində hazırlanan bədii proqram təqdim olunub. Proqram çərçivəsində xor ifaları ilə yanaşı, ədəbi nümunələr səsləndirilib.

Tədbirdə Üzeyir Hacıbəylinin yaradıcılığına, Azərbaycan musiqi mədəniyyətinə və milli musiqi irsinə həsr olunan kompozisiyalar təqdim edilib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda və ölkənin müxtəlif şəhərlərində konsertlər, tamaşalar, sərgilər və digər mədəni tədbirlər keçirilir.

İlkin Naib Üzeyir Hacıbəyli festival
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib - FOTO
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib - FOTO

Mənbə: apa.az

Xəbər Lenti