Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 04 Oct 2026 03:46
Rusiyanın son üç gün ərzində Kiyevdəki körpülərə altı dəfə hücum etməsi Ukrayna paytaxtında ciddi logistika problemləri yarada bilər.
“The New York Times”ın məlumatına görə, körpülər hələ də ayaqdadır, lakin dəymiş ziyan və yeni hücum təhlükəsi yerli hakimiyyəti paytaxtdakı altı avtomobil körpüsündən beşində hərəkəti məhdudlaşdırmağa və ya tam dayandırmağa məcbur edib.
Nəşr yazır ki, yaranmış vəziyyət Ukraynanın ən böyük şəhərində gündəlik həyata ciddi təsir göstərib.
Kiyevin çoxsaylı sakinləri hər gün təxminən bir milyon insanın yaşadığı və əsasən yaşayış məhəllələrinin yerləşdiyi Dneprin şərq sahili ilə hökumət qurumlarının və müəssisələrin əksəriyyətinin yerləşdiyi qərb sahili arasında hərəkət edirlər.
Ukrayna Kiyev körpülər logistika
Mənbə: apa.az