Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 04 Oct 2026 22:33
“Flydubai” reysinin ikinci pilotu dindirmə zamanı Təl-Əvivə uçaraq ələ keçirdiyi təyyarəni Ben-Qurion hava limanının terminalına çırpmağı və bununla faciə törətməyi planlaşdırdığını bildirib.
APA xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, o, İsrailə adi qaydada eniş etməyi, son saniyələrdə isə təyyarənin istiqamətini dəyişərək terminala çırpmağı planlaşdırıb.
Kanal qeyd edir ki, komandir pilotun yaralanmasına baxmayaraq kabinənin qapısını aça bilməsi ikinci pilotun planının qarşısının alınmasına imkan verib.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysi təhlükəsizlik insidenti səbəbilə Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib.
Flydubai pilot təyyarə BƏƏ Tel-ƏvivMənbə: apa.az