Bazar ertəsi, 5 Oktyabr, 2026
Tarix: 04 Oct 2026 19:27
ABŞ Prezidenti Donald Tramp süni intellekt sahəsində fəaliyyət göstərəcək yeni federal işçi qrupu yaradıb.
APA “Associated Press”ə istinadən xəbər verir ki, “Super Intelligence Force” adlandırılan qrupa ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton rəhbərlik edəcək.
Yeni qurumun əsas məqsədi ABŞ-ın süni intellekt sahəsində dünya liderliyini qoruması üçün federal hökumətin fəaliyyətini əlaqələndirməkdir. İşçi qrupu texnologiyanın imkanları ilə yanaşı, yarada biləcəyi riskləri də qiymətləndirəcək.
Qrupa Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, Pentaqonun texnologiya üzrə rəsmisi Emil Maykl və Personal İdarəetmə Ofisinin direktoru Skott Kupor da daxil edilib. Qurum istehlakçılar, ictimai təşkilatlar, kritik infrastruktur operatorları və süni intellekt şirkətləri ilə əməkdaşlıq edəcək.
İşçi qrupu birbaşa Trampa və Ağ Evin aparat rəhbəri Syuzi Uaylsa hesabat verəcək.
Donald Tramp süni intellekt ABŞ Cey Kleyton Super Intelligence Force Ağ Ev texnologiya Pentaqon süni intellekt təhlükəsizliyi
Mənbə: apa.az