Cümə axşamı, 8 Oktyabr, 2026
Tarix: 07 Oct 2026 20:23
Fransada impressionist rəssam Pyer-Ogüst Renuarın muzeyindən əsərlərin oğurlanması ilə bağlı altı nəfər saxlanılıb.
BFMTV telekanalının mənbəyə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdən ikisi muzeyin binasına daxil olmaqda və rəsm əsərlərini oğurlamaqda şübhəli bilinir.
Saxlanılmalar muzeyin yerləşdiyi Dənizkənarı Alplar departamentində, həmçinin Ero və Yura departamentlərində həyata keçirilib.
Qeyd edək ki, TF1 telekanalı sentyabrın 8-də səhər saatlarında iki nəfərin Fransanın cənubundakı Kan-sür-Mer kommunasında yerləşən Renuar muzeyinə daxil olduğunu bildirmişdi. Məlumata görə, onlar dörd rəsm əsərini çərçivələrindən kəsərək oğurlayıblar.
Fransa Renuar muzeyi oğurluq saxlanılma
Mənbə: apa.az