Tramp: Rusiya naməlum etiologiyalı pnevmoniya ilə bağlı məlumatları ABŞ-la paylaşır

Tramp: Rusiya naməlum etiologiyalı pnevmoniya ilə bağlı məlumatları ABŞ-la paylaşır

Tarix: 07 Oct 2026 22:56

Rusiya İrkutsk vilayətində qeydə alınmış naməlum etiologiyalı pnevmoniya hadisəsi ilə bağlı ABŞ-a məlumat təqdim edir.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Onlar bizim mütəxəssislərlə müəyyən qədər məlumat paylaşırlar. Biz onların bizim mütəxəssislərlə daha çox məlumat bölüşəcəyini gözləyirik”, – Tramp deyib.

ABŞ Prezidenti bir qədər əvvəl ölkənin səhiyyə sahəsi üzrə mütəxəssisləri ilə görüşdüyünü də bildirib.

“Onlar baş verənlərlə bağlı hər şeyi bilirlər. Bütün məlumatlar onların vasitəsilə ötürülür”, – Tramp əlavə edib.

Rusiya ABŞ Donald Tramp pnevmoniya

Mənbə: apa.az

Xəbər Lenti