Cümə axşamı, 8 Oktyabr, 2026
Tarix: 07 Oct 2026 22:45
ABŞ-ın İrana qarşı hərbi əməliyyatı “çox tezliklə” başa çatacaq.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddia edib.
“Müharibəni başa çatdıran kimi neftin qiyməti daş kimi düşəcək. Bu isə çox tezliklə olacaq. Bu, çox tezliklə baş verəcək. Biz bu məsələni bu və ya digər şəkildə həll edəcəyik”, – ABŞ Prezidenti deyib.
Trampın fikrincə, neftin qiyməti hətta müharibə başlamazdan əvvəl müşahidə olunan səviyyədən də aşağı düşə bilər.
Donald Tramp ABŞ İran neft
Mənbə: apa.az