Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

Tarix: 07 Oct 2026 21:28

Şirvanda 18 yaşlı gənc bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2008-ci il təvəllüdlü Əli Əhədov sağ bud nahiyəsinin kəsilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı barədə təfərrüatlar hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Şirvan bıçaqlanma xəsarət araşdırma

Mənbə: apa.az

Xəbər Lenti