"Kapital Bank"ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

"Kapital Bank"ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb

Tarix: 13 Oct 2026 16:48

Ölkənin birinci bankı Kapital Bank 2026-cı ilin III rübü üzrə maliyyə hesabatını təqdim edib. 30 sentyabr 2026-cı il tarixinə bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% yüksəlib və 13 milyard 919 milyon 541 min manata çatıb.

2026-cı ilin ilk doqquz ayında bankın cəmi gəlirləri 12,8% artaraq 1 milyard 510 milyon 119 min manat təşkil edib. Artım həm faiz, həm də qeyri-faiz gəlirləri hesabına formalaşıb. Belə ki, faiz gəlirləri 12,8% artaraq 986 milyon 294 min manat, qeyri-faiz gəlirləri isə 13% artaraq 523 milyon 825 min manat olub.

Bankın xalis mənfəətində isə 29,6% artım qeydə alınıb və 297 milyon 4 min manat olub. Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici 229 milyon 129 min manat təşkil edib.

Kapital Bank-ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 17,7% artaraq 6 milyard 391 milyon 310 min manata yüksəlib. Artım əsasən biznes və istehlak kreditləri hesabına təmin edilib. Belə ki, biznes kreditləri 33,1% artaraq 2 milyard 266 milyon 953 min manata, istehlak kreditləri isə 12,9% artaraq 3 milyard 536 milyon 895 min manata çatıb.

Bankın depozit portfeli 18,9% artaraq 10 milyard 305 milyon 862 min manat təşkil edib. Bu dövrdə fiziki şəxslərin depozitləri 32,4% artaraq 4 milyard 95 milyon 139 min manata, hüquqi şəxslərin depozitləri isə 11,3% artaraq 6 milyard 210 milyon 723 min manata yüksəlib.

2026-cı ilin III rübünün sonuna bankın məcmu kapitalı 12,4% artaraq 1 milyard 221 milyon 237 min manata çatıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 1 milyard 86 milyon 332 min manat təşkil edib.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı, 50 şöbəsi və 15 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

APA-Economics Kapital Bank bank xalis mənfəət hesabat

Mənbə: apa.az

Xəbər Lenti