AMB: Sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır

AMB: Sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır

Tarix: 13 Oct 2026 18:07

Bu ilin birinci yarımilində sığortaçıların sığorta haqları üzrə debitor borcları ötən ilin sonuna nisbətdə 9% (11.6 mln. manat) artaraq 140 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-nin məlumatına görə, sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır. Həyat sığortasında sığorta haqları üzrə debitor borclar 6.1% (3.2 mln. manat) azalaraq 48.5 mln. manat, qeyri-həyat sığortası üzrə isə 19.2% (14.7 mln. manat) artaraq 91.6 mln. manat təşkil edib. Sığorta sektorunun sığorta haqları üzrə debitor borclarının cəmi aktivlərdə payı 6.9 faizdir. Sığorta sektoru üzrə debitor borcların sığorta haqlarına nisbəti 10.8%, vaxtı keçmiş debitor borcların (VKH) sığorta haqlarına nisbəti isə 2.2% olub. Bu göstəricilər həyat sığorta üzrə anoloji olaraq 5.4% və 0.8%, qeyri-həyat sığortası üzrə isə 22.8% və 5.3% olub.

İlahə Səlimova sığorta şirkətləri debitor borcları

Mənbə: apa.az

Xəbər Lenti