Cümə, 23 Yanvar, 2026
Tarix: 16 Nov 2023 10:20
Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 600 min barel artaraq, 439 362 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 793 min barel artacağını proqnozlaşdırırdı.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.