Cümə, 30 Yanvar, 2026
Tarix: 16 Nov 2023 10:14
Qəzzada həlak olan İsrail hərbçilərinin sayı 50-yə çatıb.
APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qəzza zolağının şimalında HAMAS-a qarşı aparılan hərbi əməliyyatlarda daha iki hərbçi ölüb və bununla İsrailin quru əməliyyatında ölən hərbçilərinin sayı 50-yə yüksəlib.
Öldürülən hərbçilər 22 yaşlı kapitan Asaf Master və 22 yaşlı kapitan Kfir İstxak Frankodur.