Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb

Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb

Tarix: 22 Oct 2026 11:31

Cəlilabad şəhərində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Qurtuluş küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı nəqliyyat vasitələri toqquşub. Toqquşma nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar tibbi yardım göstərilməsi üçün rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

İlkin Rzayev Cəlilabad yol qəzası

Mənbə: apa.az

Xəbər Lenti