Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Tarix: 22 Oct 2026 12:21

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılacaq.

Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir. Belə ki, Bəhrəli-Çinarlı bələdiyyəsi Bəhrəli, Çinarlı, İqrığ, Qacar Zeyid və Zizik kəndlərini, Elbir bələdiyyəsi isə Ağbil, Aşağı Atuc, Dəlləkli, Elbir, Əlibəyqışlaq, Mirzəməmmədkənd və Susayqışlaq kəndlərini əhatə edəcək.

Firuzə Vahid Quba bələdiyyə

Mənbə: apa.az

Xəbər Lenti