Cümə, 23 Yanvar, 2026
Tarix: 16 Nov 2023 11:05
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 5 850 955,99 min ABŞ dolları dəyərində 9 252 135,76 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 1 320 085,61 min dollar dəyərində 2 154 667,42 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-oktyabr aylarında bu ölkəyə 817 429,58 min dollar 1 370 600,87 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 13 785 636,21 min dollarlıq 22 268 796,30 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-oktyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi təqdim edir:
№
Ölkələr
Məbləğ, min $
Miqdar (ton)
-
22 268 796.30
13 785 636.21
1
İtaliya
9 252 135.76
5 850 955.99
2
İsrail
2 154 667.42
1 320 085.61
3
Hindistan
1 370 600.87
817 429.58
4
İspaniya
1 114 184.47
700 578.65
5
Çexiya
1 089 037.44
653 660.33
6
Türkiyə
1 119 456.46
633 322.82
7
Almaniya
933 370.16
596 323.44
8
Xorvatiya
802 021.56
475 452.60
9
Böyük Britaniya
691 038.87
432 278.59
10
Yunanıstan
656 521.80
403 274.26
11
İrlandiya
630 056.20
366 641.18
12
Vyetnam
554 367.23
345 490.87
13
Rumıniya
532 120.55
326 615.75
14
Portuqaliya
366 705.80
242 643.31
15
Avstriya
266 568.71
152 155.74
16
İndoneziya
221 084.92
150 210.69
17
Fransa
199 006.72
118 639.77
18
Sinqapur
138 338.45
87 786.40
19
Malayziya
48 042.55
34 012.69
20
Avstraliya
39 196.58
28 392.28
21
Tailand
48 688.02
26 098.53
22
Tunis
41 585.75
23 587.13