Ərdoğan: Qara dənizdə gərginliyin artmasına yol verməməliyik

Ərdoğan: Qara dənizdə gərginliyin artmasına yol verməməliyik

Tarix: 31 Oct 2026 20:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Ərdoğan İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin Qara dənizə də yayıldığını qeyd edib.

“Qara dənizdə mülki gəmilərə qarşı hücumların və gərginliyin artırılmasına yönələn cəhdlərin qarşısının alınması üçün səylərin gücləndirilməsinə ehtiyac olduğunu düşünürəm. Bu məsələni Rusiya ilə də müzakirə edərək prosesdə irəliləyişə nail olmağı hədəfləyirik”, – Ərdoğan vurğulayıb.

Dəryanur Cəfərova Türkiyə Rəcəb Tayyib Ərdoğan Qara dəniz Ukrayna Rusiya Volodimir Zelenski

Mənbə: apa.az

Xəbər Lenti