Bazar, 1 Noyabr, 2026
Tarix: 31 Oct 2026 22:57
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Braziliyada prezident seçkilərində məğlub olmuş namizəd Flaviu Bolsonarunun ölkəni tərk etməsinə yardım göstərməsi barədə iddiaları təkzib edib.
APA xəbər verir ki, Rubio bunu Atlantada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz heç nəyə yardım etməmişik. Onun ABŞ-a gəldiyini eşitdik. Əvvəldən Amerika vizası var idi və Prezident Donald Tramp onun ölkəyə girişinə icazə vermək qərarı qəbul etdi”, – dövlət katibi qeyd edib.
Rubio ABŞ administrasiyasının Bolsonarunun Braziliyadan çıxışı ilə bağlı əldə etdiyi hər hansı razılaşmada iştirak etmədiyini vurğulayıb.
“Ən azı ABŞ hökuməti onun ölkədən çıxması üçün atılan addımlarda birbaşa iştirak etməyib”, – o əlavə edib.
ABŞ Braziliya Flaviu Bolsonaro Marko Rubio Donald Tramp prezident seçkiləri
Mənbə: apa.az