Bazar, 1 Noyabr, 2026
Tarix: 31 Oct 2026 20:10
ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində təxminən 51 milyon vətəndaş vaxtından əvvəl səs verib.
APA xəbər verir ki, Florida Dövlət Universitetinin açıqladığı məlumatlara görə, indiyədək 50 milyon 987 min 349 nəfər səsvermə hüququndan istifadə edib. Bu göstərici 2022-ci ildə keçirilən aralıq seçkilərlə müqayisədə təxminən 5 milyon nəfər çoxdur.
Məlumata əsasən, seçicilərin 27,9 milyonu seçki məntəqələrində şəxsən, 23,2 milyondan çoxu isə poçt vasitəsilə səs verib.
Vaxtından əvvəl səs verənlərin sayına görə Texas ştatı 7 milyon nəfərlə birinci yerdədir. Sonrakı yerləri Kaliforniya (5,3 milyon) və Florida (4,8 milyon) tutur.
Qeyd edək ki, noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə Senatın üçdəbir hissəsi və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.
ABŞ Konqres aralıq seçkilər səsvermə Senat Respublikaçılar Partiyası
Mənbə: apa.az