Ermənistanda hərbçinin meyiti güllə yarası ilə aşkarlanıb

Ermənistanda hərbçinin meyiti güllə yarası ilə aşkarlanıb

Tarix: 31 Oct 2026 22:59

Ermənistanda hərbi hissələrdən birində hərbçinin meyiti aşkar edilib.

APA xəbər bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu gün T.S. adlı hərbi qulluqçunun meyiti güllə yarası ilə tapılıb.

Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

ermənistan

Mənbə: apa.az

Xəbər Lenti