Kreml Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün noyabrın 19-da Çində keçiriləcəyini təsdiqləyib

Kreml Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün noyabrın 19-da Çində keçiriləcəyini təsdiqləyib

Tarix: 14 Nov 2026 19:25

Rusiya Prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.

APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

“19-da Prezident Putin, sədr Si və Prezident Tramp arasında üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüş APEC sammiti çərçivəsində Şençjendə keçiriləcək”, – Peskov deyib.

ABŞ Rusiya Çin

Mənbə: apa.az

Xəbər Lenti