Qərargah rəisi: Ermənistan KTMT-ni tərk etməklə bağlı heç bir ərizə və sənəd təqdim etməyib

Tarix: 16 Nov 2023 13:01

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməklə bağlı heç bir ərizə və sənəd təqdim etməyib.

APA xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bu gün keçirilən brifinq zamanı deyib.

Sidorov qeyd edib ki, Ermənistanın həqiqətən də KTMT çərçivəsində keçirilən tədbirlərdə az iştirak edib, lakin ölkə Təşkilatın qanunvericilik fəaliyyətində kifayət qədər fəal iştirak edir, Ermənistanla birgə fəaliyyət prosesi davam edir.

Qərargah rəisi həmçinin əlavə edib ki, regionda vəziyyəti sabitləşdirmək üçün İrəvana ötən il tədbirlər təklif edilib, onlar hələ də müzakirə olunur.

Xəbər Lenti