Çərşənbə axşamı, 17 Noyabr, 2026
Tarix: 17 Nov 2026 13:11
Rusiya son 24 saat ərzində Ukraynanın 2256 pilotsuz uçuş aparatını vurub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyada "xüsusi hərbi əməliyyat" başlayandandan ardıcıl ikinci gün vurulan dronların sayına görə yeni rekord müəyyənləşib. Belə ki, dünən Rusiya ordusunun sutka ərzində ölkə ərazisi üzərində 2049 Ukrayna dronunu vurduğu açıqlanıb.
Rusiya MN-dən bildirilib ki, son 24 saat ərzində Ukraynanın 9 "Flamingo" raketi məhv edilib.
Fərid ƏkbərovMənbə: apa.az