Çərşənbə axşamı, 17 Noyabr, 2026
Tarix: 17 Nov 2026 14:30
Bu gün baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 2000-ci il təvəllüdlü şəxs (qadın) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "İnfinti" markalı avtomobilin aşması nəticəsində sürücü Tural Əliyev və sərnişin Pəri Məstəliyeva ölüb.
Gülcahan İmanqızı
***
10.30
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Goranboy sakini Tural Əliyevin idarə etdiyi "İnfinti" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücünün öldüyü bildirilir.
Elgün Gəncimsoy Yevlax yol qəza ölüm faktı
Mənbə: apa.az