Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq

Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq

Tarix: 17 Nov 2026 16:15

Gələn il üçün ehtiyac meyarı məlum olub.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Gələn il ehtiyac meyarının həddi 314 manat olacaq. Bu, 2026-cı illə müqayisədə 14 manat, yaxud 4,6 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Firuzə Vahid Milli Məclis ehtiyac meyarı

Mənbə: apa.az

Xəbər Lenti