Bakıda Mıkola Miroşnıçenko və Abbas Abdullaya həsr olunmuş ədəbi-bədii axşam keçirilib

Tarix: 27.07.2024 15:00

Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının ukraynalı tərcüməçi və tədqiqatçısı, şair Mıkola Miroşnıçenko və Ukrayna ədəbiyyatının azərbaycanlı tərcüməçisi, şair Abbas Abdullanın xatirəsinə həsr olunmuş ədəbi-bədii axşam keçirilib.

APA xəbər verir ki, tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev, Ukrayna Qadınları Birliyinin sədri Lidiya Əliyeva-Şestak, ədəbiyyatşünaslar, Abbas Abdullanın ailəsinin nümayəndələri çıxış edib.

Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi, eləcə də tədbirin moderatoru Marına Qonçaruk çıxışında qeyd edib ki, şair Mıkola Miroşnıçenko və şair Abbas Abdulla Azərbaycan və Ukrayna ədəbiyyatlarının bir-birinə yaxınlsaşmasında, hər iki ölkənin oxucularının qarşılıqlı məlumatlanmasında önəmli rol oynayıb.

Tədbirdə Azərbaycanın tanınmış rəssamı Mir Azər Abdullayev, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi Nigar Gözəlova, APA İnformasiya Agentliyinin baş redaktoru Nurşən Quliyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Fərhad Cabbarov, Ukrayna Xarici İşlər Nazirliyi yanında Gənclər Şurasının nümayəndələri, ukraynalı diplomatlar, Ukrayna ictimaiyyətinin, Azərbaycan ictimaiyyətinin nümayəndələri və s. iştirak ediblər.

Xəbər Lenti