1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 87 deputatlığa namizəd qeydə alınıb

Tarix: 27.07.2024 14:29

Artıq 125 seçki dairəsi üzrə 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Deputatlığa namizədliyi irəli sürülən nəfərdən 1141 namizədliyi təsdiqlənib, onlardan 1092 nəfərə imza vərəqi verilib. İndiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Xəbər Lenti