Qızıl və digər qiymətli metallar kəskin ucuzlaşıb

Qızıl və digər qiymətli metallar kəskin ucuzlaşıb

Tarix: 21 Nov 2026 10:10

Dünya bazarında qızıl, gümüş və digər metalların qiymətlərində kəskin eniş müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb.

Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 170,10 ABŞ dolları və ya 4,62% geriləyərək 3 515,40 ABŞ dolları təşkil edib.

Gümüşün 2027-ci ilin mart fyuçerslərinin qiyməti 3,32 ABŞ dolları və ya 7,40% azalaraq bir troya unsiyası üçün 41,56 ABŞ dollarına enib.

Platinin spot qiyməti 47,82 ABŞ dolları və ya 3,54% ucuzlaşaraq 1 302,55 ABŞ dolları olub.

Misın 2027-ci ilin mart fyuçerslərinin qiyməti isə 2,62% azalaraq bir funt üçün 557,25 ABŞ sentinə düşüb.

Analitiklərin qiymətləndirmələrinə görə, qızıl və digər qiymətli metalların kəskin ucuzlaşmasına ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz artımı gözləntiləri, dolların möhkəmlənməsi və istiqrazların gəlirliliyinin yüksəlməsi təsir göstərib. Eyni zamanda, fond bazarlarındakı satışlar fonunda investorların itkilərini qarşılamaq üçün qızıl aktivlərini satması qiymətlərə əlavə təzyiq yaradıb.

Rahim Tarıverdiyev qızıl comex gümüş COMEX birja

Mənbə: apa.az

Xəbər Lenti