Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda yeni iş yerlərinin sayı 12%-dən çox artıb

Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda yeni iş yerlərinin sayı 12%-dən çox artıb

Tarix: 21 Nov 2026 13:35

Avropa İttifaqının (Aİ) EU4Business təşəbbüsü çərçivəsində Azərbaycanda 2025-ci ildə yaradılan yeni iş yerlərinin sayı 2024-cü illə müqayisədə 12,3% və ya 1 249 artaraq 11 416-ya çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə EU4Business proqramının 2025-ci il üzrə nəticələrində bildirilib.

Hesabata əsasən, ötən il Azərbaycanda proqram çərçivəsində dəstək göstərilən kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin sayı illik müqayisədə 15,9% və ya 1 118 artaraq 8 156-ya yüksəlib.

Bundan əlavə, 2025-ci ildə dəstək alan müəssisələr 29,3 milyon avro əlavə gəlir əldə edib. Onların dövriyyəsi 12%, ixracı isə 10,4% artıb.

Qeyd edək ki, 2024-cü ildə EU4Business təşəbbüsü çərçivəsində Azərbaycanda 7 038 KOB subyektinə dəstək göstərilib və 10 167 yeni iş yeri yaradılıb. Həmin il dəstək alan müəssisələrin əlavə gəlirləri 40,4 milyon avro təşkil edib, ixracları isə 6,4% artıb.

Rahim Tarıverdiyev Aİ Azərbaycan iş yeri EU4Business

Mənbə: apa.az

Xəbər Lenti