Cümə, 30 Yanvar, 2026
Tarix: 16 Nov 2023 14:14
Türkiyə Qəzzada səhra xəstəxanası yaratmaq istiqamətində işləri davam etdirir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə xarici işlər naziri Hakan Fidan bosniya və herseqovinalı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.
O, ölkəsinin Qəzzada atəşkəsə nail olmaq üçün əlindən gələni edəcəyini qeyd edərək, “iki dövlətli” prinsipin həyata keçirilməsinin vacibliyini vurğulayıb.