ATƏT-in müşahidə missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq

Tarix: 31.07.2024 17:12

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası parlament seçkiləri ilə əlaqədar sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq.

APA xəbər verir ki, bunu Ceyhun Bayramovla ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati deyib.

O, müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək, növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat təqdim edib.

Xəbər Lenti