Cümə, 30 Yanvar, 2026
Tarix: 16 Nov 2023 13:56
Yerusəlim (Qüds) yaxınlığında keçid məntəqəsində silahlı hücum olub.
APA İsrail mətbuatına istinadən xəbər verir ki, Yerusəlimdə (Qüds) keçid məntəqəsində tuneldə baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyəti ağır, digər beş nəfərin vəziyyəti isə orta ağırdır.
Şəhərin bölgə komandiri Doron Turgeman jurnalistlərə açıqlamasında bildirib ki, hücumu təşkil edən 3 terrorçu Hevron şəhərinin sakinləridir.