AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Tarix: 26 Nov 2026 19:05

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Argentinanın LANA (Latin America News Agency - Latın Amerikası Xəbər Agentliyi) xəbər agentliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

APA xəbər verir ki, sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və LANA-nın direktoru Xuan Manuel Fonruj imzalayıblar.

Sənədə əsasən, tərəflər ispan və ingilis dillərində xəbərlərin, həmçinin foto və videomaterialların gündəlik mübadiləsini həyata keçirəcəklər. Bundan başqa, agentliklər müxbirlərinin, redaktorlarının və texniki mütəxəssislərinin qarşılıqlı səfərləri və əlaqələri vasitəsilə təcrübə mübadiləsi aparacaqlar. AZƏRTAC və LANA saxta xəbərlərin və dezinformasiyanın yayılmasına qarşı birgə mübarizə aparmaq, həmçinin yeni texnologiyalar, o cümlədən süni intellekt sahəsində təcrübə mübadiləsinə hazır olduqlarını ifadə ediblər.

Memorandum, eyni zamanda, birgə fotosərgilərin, videolayihələrin, onlayn seminarların və digər informasiya layihələrinin həyata keçirilməsini də nəzərdə tutur.

Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC əməkdaşlıq memorandumu

Mənbə: apa.az

Xəbər Lenti