Ərdoğan “Beşiktaş”ın prezidenti ilə telefonla danışıb

Ərdoğan “Beşiktaş”ın prezidenti ilə telefonla danışıb

Tarix: 26 Nov 2026 23:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalı ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə mediası xəbər yayıb. Ərdoğan prosesin gedişini yaxından izlədiyini bildirib, “Beşiktaş” klubuna və azarkeşlərinə keçmiş olsun diləklərini çatdırıb.

Xatırladaq ki, Gürcüstanın Batumi şəhərində UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib.

Dəryanur Cəfərova Türkiyə Rəcəb Tayyib Ərdoğan Sərdal Adalı Beşiktaş Hapoel Beer Şeva Gürcüstan Batumi UEFA Avropa Liqası

Mənbə: apa.az

Xəbər Lenti