Şamaxı-Ağsu sərhədində zəlzələ olub

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

Tarix: 26 Nov 2026 21:22

Şamaxı və Ağsu rayonlarının sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar noyabrın 26-da yerli vaxtla saat 20:24-də qeydə alınıb.

Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, episentrə yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.

Şamaxı Ağsu zəlzələ yeraltı təkanlar seysmoloji xidmət maqnitud episentr

Mənbə: apa.az

Xəbər Lenti