Cümə, 27 Noyabr, 2026
Tarix: 26 Nov 2026 21:40
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Şabran-Xaçmaz avtomobil yolunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Zakir İsmayılov yolu keçmək istəyərkən onu “VAZ-2106” markalı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xanım Məmmədova Xaçmaz Şabran Mehrəliqışlaq yol-nəqliyyat hadisəsi avtomobil qəzası piyada ölüm
Mənbə: apa.az