AEBA Rusiya və Ukrayna ilə Zaporojye AES ətrafında atəşkəs barədə danışıqlar aparır

AEBA Rusiya və Ukrayna ilə Zaporojye AES ətrafında atəşkəs barədə danışıqlar aparır

Tarix: 26 Nov 2026 23:17

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasının (AES) xarici elektrik təchizatının növbəti dəfə kəsilməsindən sonra Rusiya və Ukrayna ilə stansiya ətrafında atəşkəsin təmin edilməsi barədə danışıqlar aparır.

APA xəbər verir ki, agentliyin mətbuat xidmətinin məlumatına görə, bunu AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

“Biz Zaporojye AES-in xarici elektrik təchizatının kəsilməsi ilə yenidən üzləşirik. Hər iki tərəfi elektrik enerjisi infrastrukturuna qarşı hərbi əməliyyatların dayandırılması, “Ferrosplavnaya-1” xəttinin təmiri və stansiyanın xarici elektrik təchizatının bərpası üçün AEBA ilə konstruktiv əməkdaşlığa çağırıram”, – deyə Qrossi qeyd edib.

Xatırladaq ki, noyabrın 25-də Zaporojye AES münaqişənin başlanmasından bəri 28-ci dəfə xarici elektrik təchizatını tamamilə itirib və qəza dizel generatorları vasitəsilə enerji təminatına keçib.

AEBA Rafael Qrossi Zaporojye AES Rusiya Ukrayna atəşkəs elektrik enerjisi nüvə təhlükəsizliyi

Mənbə: apa.az

Xəbər Lenti