Cümə, 27 Noyabr, 2026
Tarix: 26 Nov 2026 21:05
Tovuz rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi bazarının yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki qadını vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Tovuz yol-nəqliyyat hadisəsi avtomobil piyada qəza mərkəzi bazar xəstəxana
Mənbə: apa.az