MSK sədri parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayını açıqlayıb

Tarix: 03.08.2024 15:20

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı məlum olub.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, ümumilikdə indiyə qədər 14506 nəfər yerli müşahidəçi qeydiyyata alınıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.

Xəbər Lenti