Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 03 Aug 2024 15:15
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
İndiyə qədər 26 ölkə və 8 beynəlxalq qurumdan 99 beynəlxalq müşahidəçi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.