Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tarix: 09.08.2024 17:07

Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib.

APA-nın məlumatına görə, toplantıda Azərbaycan tərəfdən baş nazirin müavini, komissiyanın həmsədri Şahin Musatafayev, Rusiya tərəfdən isə Baş nazirin müavini Aleksey Overçuk, habelə müvafiq strukturların nümayəndələri iştirak edib.

İclas zamanı iki ölkə arasında çoxəsrlik münasibətlərin hərtərəfli inkişafından məmnunlıq ifadə olunub. Bildirilib ki, bütün bunlar Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında mövcud olan etimad mühiti və hər iki liderin siyasi iradəsinə əsaslanır. Bunun nəticəsində dövlətlərarası münasibətlər strateji əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq şəraitində inkişaf edir.

İclasda həmçinin çoxplanlı strateji tərəfdaşlığın 2022-ci il fevralın 22-də imzalanan Müttəfiqlik münasibətləri haqqında bəyannamə də daxil olmaqla, iki ölkə arasında mövcud olan 260-dan çox sənədlə daha da möhkəmləndiyi qeyd olunub.

Vurğulanıb ki, Rusiya Azərbaycanın nəhəng ticarət tərəfdaşı və bu ölkədən neft ixracına görə lider dövlətdir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildə 17,5 faiz artaraq, 4,4 milyard ABŞ dolları təşkil edib. Tərəflər həmçinin qarşılıqlı əməkdaşlığın səviyyəsindən məmnun olduqlarınmı bildiriblər.

Eyni zamanda hər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının dinamikasından məmnunluq qeyd edilib. Belə ki, Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac edən 10 əsas ölkədən biridir.

Toplantı zamanı hər iki ölkənin nəqliyyat-logistika sahəsində əməkdaşlığı da qeyd edilib. Bildirilib ki, ötən il qarşılıqlı yükdaşımaları 10 faiz, bu ilin ilk 6 ayında isə 3 faiz artıb.

Daha bir məqam ondan ibarətdir ki, Rusiya Azərbaycana gələn turistlərin sayında lider mövqeyə yüksəlib. Belə ki, ötən il Azərbaycana bu ölkədən 630 min turist gəlib.

Xəbər Lenti