- , 22 Dekabr, 2024
Tarix: 10.08.2024 18:31
Yeri oldu-olmadı namizədi cəzalandırmaq yolu tutmuruq, xoş məramları heç kəsə sui-istifadəyə şərait yarada bilməz.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, hansı namizəd bilə-bilə vəziyyəti gərginləşdirmək istəyir, onlar haqqında birinci Seçki Məcəlləsinin tələbinə uyğun xəbərdarlıq edilməlidir: “Bu xəbərdarlıq nəinki dairəyə bütün ölkəyə yayılmalıdır. Heç bir namizədin hüququ yoxdur, digər namizədin haqqına girsin. Daxili gərginlik yaratmaq istəyən namizədlərə yol verilməyəcək. Bu, DSK-ların borcudur. DSK-lar hökmən bu məsələlərlə bağlı dəqiq məlumatları bizə çatdırmalıdır. DSK məcəllənin tələbinə uyğun xəbərdarlıq edəndə də yazmalıdır ki, bu cür tədbir bir də keçirilsə, hüquq mühafizə orqanlarına müraciət ediləcək”.