- Şənbə, 21 Dekabr, 2024
Tarix: 17.08.2024 16:01
Döyüş təyinatlı hərbi texnika və hərbi silahın satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılır.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda döyüş sursatının satışı, idxalı və ixracı mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısından çıxarılıb.