Estoniya Baş naziri koronavirusa yoluxub

Tarix: 17 Dec 2023 14:09

Estoniya Baş naziri Kaya Kallas koronavirusa (COVID-19) yoluxub.

APA xəbər verir ki, Kaya Kallas bu barədə "Facebook" hesabında bildirib.

Bugün səhər COVID testinin nəticəsinin müsbət çıxdığını qeyd edən Kaya Kallas bir sıra görüşləri təxirə saldığını nəzərə çatdırıb:

"Təəssüf ki, Polşanın yeni baş naziri Donald Tuskun Estoniyada baş tutmalı olan ilk xarici səfərini təxirə salmalı olduq. Eni zamanda sabah Tallində Baltikyanı ölkələrin baş nazirlərinin görüşü təxirə salındı".

Xəbər Lenti